Bu qidaları yeyəndə yuxuda kabus görə bilərsiz-- DİQQƏT!

  • 2020.02.20 11:42
  • 3694 Baxış
Bu qidaları yeyəndə yuxuda kabus görə bilərsiz--  DİQQƏT!
Bəzi qidalar yuxumuza da təsir edə bilər. Yatmazdan əvvəl nəsə yeyib yatmaq fikrindəsinizsə, o zaman bu qidaları diqqətlə seçməkdə fayda var.

Medicina.az xəbər verir ki, əvəzedilməz hesab etdiyimiz bir çox qida əslində bizə daha çox zərər vurur. Xüsusilə rahat yatmaq istəsəniz, aşağıdakı siyahıdan uzaq durun:

Keks və peçenye
Şəkərli qidaların çəki artırdığını və ürək xəstəliyinə yol açdığını çoxumuz bilirik.Həmçinin belə qidalar diabet və xərçəng riskini də artırır. Keks və peçenye kimi şəkərli qidalar yeyib yatmaq gərgin yuxular görmənizə səbəb olur. Aparılan bir araşdırmada bu şirniyyatlardan yeyib yatan şəxslərin 31%-i qəribə yuxular gördüyünü etiraf edib. Şəkərli qidalar yuxunun REM(sürətli göz hərəkəti) mərhələsində yuxuların formasını dəyişə bilər.

Acı sous
Başqa bir aradırma nəticəsində məlum olub ki, yatmadan öncə yeyilən acı souslarinsanın yuxuya getməsini çətinləşdirir və yatsalar belə stresli yuxu görmələrinə səbə olur.

Cipsilər
KArtof cipsiləri yağlı qidalar siyahısında olduğu üçün zərərlidir və çox kalorisi var. Həmçinin ürək-damar xəstəlikləri riskini artırır. Avstrasliya elm adamları tərəfindən keçirilən tədqiqat nəticəsində bəlli olub ki, yaxşı yuxunun düzgün və miqdarında seçilmiş qidalarla baqğlılığı vardır.

Qızardılmış qidalar
Demək olar ki, bir çox insan qızardılmış qidalrın ziyanından xəbərdardır. LAkin ləzzətli olduğundan insanlar üçün onlardan imtina çətinləşir. Lakin uzmanlara görə, kartof qızartması və bu kimi qidalar yeyənlər gecə hətta kabuslar görürlər.


Dondurma
BU sevimli qida yuxuya təsir edərək onu gərginləşdirə bilir. Ona görə də yatmazdan əvvəl deyil, 4-5 saat öncə yeməyiniz məsləhətlidir.