Bu qidalar xərçəng riski yaradır - Hər gün yeyirik

  • 22 İyl 2022 18:01
  • 1419 Baxış
Bu qidalar xərçəng riski yaradır  - Hər gün yeyirik

Endokrinoloq və dietoloq Tatyana Filippova bildirib ki, rəfinə edilmiş ətdən hazırlanan məhsullar xərçəngə səbəb olur.


Medicina.az xəbər verir ki, bu barədə həkim "Beşinci Kanal"a müsahibəsində danışıb. Onun sözlərinə görə, xəstəliyin səbəblərindən biri orqanizmdə təmizlənmiş karbohidratların çox olmasıdır. O, emal edilmiş ətdən hazırlanan məhsulları rasiondan çıxarmağı tövsiyə edib.

“Kolbasa, sosiska, servlat, konserv kimi məhsulların saxlanma müddətini artırmaq üçün kimyəvi qatqılar əlavə olunur. Yağlı və sadə karbohidratlarla zəngin qidalar artıq çəkiyə səbəb ola bilər ki, bu da öz növbəsində xərçəng riskini artırır.

Təbii qidalar, o cümlədən toyuq, mal əti və ya balıq yeməyi tövsiyə edirik. Ətin zərərsizliyinə əmin olmaq üçün onun mənşəyini bilmək vacibdir” , - ekspert bildirib. /publika.az/