Bu qidaları mikrodalğalı sobada təkrar isitməyin

  • 2020.10.14 12:30
  • 1285 Baxış
Bu qidaları mikrodalğalı sobada təkrar isitməyin

Bəzi qidalar heç vaxt mikrodalğalı sobada yenidən qızdırılmamalıdır.

Medicina.az verir ki, həkimlər bu zaman təkcə yeməyin dadının itməyəcəyini, bunun orqanizm üçün olduqca zərərli ola biləcəyini bildiriblər.

Hər şeydən əvvəl tərkibində yumurta olan yeməklərdən söhbət gedir.

Mütəxəssislər bildirirlər ki, təkrarlanan isitməylə yumurta faydalı mikroelementlərini itirir və bunun əvəzinə bədəndə xərçəng hüceyrələrinin inkişafına səbəb olan toksin və kanserogen maddələr əmələ gəlir.

Çox miqdarda zülal olan ət yeməklərinin yenidən istilənməsi də arzuolunmazdır. Yenidən qızdırıldıqda zülallar məhv olur və öz faydasını itirirlər.

Mütəxəssislərə görə, kartof da təkrar qızdırıldıqda bütün faydalı xüsusiyyətlərini itirir. Çuğundurun təkrar istidilməsi də bu tərəvəzi vitaminlərdən və qiymətli mikroelementlərindən məhrum edir. Göbələklərin isidilməsi isə ümumiyyətlə, təhlükəli ola və həzmdə problem yarada bilər.