Bu qidaları yeyən kişilərdə bağırsaq xərçəngi əmələ gəlir

  • 2024.01.15 20:28
  • 859 Baxış
Bu qidaları yeyən kişilərdə bağırsaq  xərçəngi əmələ gəlir

Əgər kişi aktiv şəkildə hər gün ultra emal edilmiş hazır yeməklər, fast-fud yeyirsə, bu zaman onda kolorektal xərçəngin yaranma ehtimalı 35% artır.


“Medicina” xəbər verir ki, bu nəticəyə Harvard alimləri gəlib.

Hazırda istənilən marketdən hazır yeməklər – plov, makaron, salat, lapşa, hazır qablaşdırılmış yeməklər almaq olur.

1-2 dəqiqəyə qızdırılır, mikrodalğalıda hazırlanır.

İşləyən, tək, tələbə, subay kişilər və gənc ailələr üçün bu yeməklər can rahatlığıdır.
Son elmi araşdırma da göstərib ki, məhz bu qidaları yeyənlərdə bağırsaq xərçəngi riski artır.
İş orasındadır ki, qadınlarda bu qədər yüksək nəticə yoxdur.

Xüsusən içində emal edilmiş ət, toyuq olan qidalar daha təhlükəlidir. Kolbasa, vetçina, hazır kotletlər, sosis.

Üstəlik kişi bunları alkoqol və qazlı içkilərlə qəbul edirsə, risk 2 dəfə artır.

Məsələ təkcə bu deyil. Belə qidalanma orqanizmdə digər uzun müddətli fəsadlara da səbəb olur.
Çalışmaq lazımdır ki, evdə hazırlanmış isti yeməklər yeyəsiz.

Kolorektal xərçəngi vaxtında aşkarlamaq üçün kişilər 40yaşdan sonra 3 ildən bir kolonoskopiyadan keçməlidir. Bu qızıl standart müayinədir.

Aygün Musayeva