"Bu qış peyvəndi əldə edə bilməyəcəyik" - Baş infeksionist

  • 2020.11.20 11:38
  • 1373 Baxış
"Bu qış peyvəndi əldə edə bilməyəcəyik" -  Baş infeksionist

COVİD-19-a qarşı peyvəndlə bağlı sınaqlar yəqin ki, aprel-may aylarında müəyyən qədər yekunlaşacaq.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, artıq dünyada 3-4 ölkə COVİD-19-a qarşı peyvəndlə bağlı 3-cü klinik sınaqlar mərhələsindədir. Bu sınaqlar effektiv qiymətləndirilir:

“Sadəcə olaraq, müəyyən vaxt tələb olunur ki, bu peyvəndlərin effektivliyi və təhlükəsizliyi qiymətləndirilsin. Biz bu qış bunu əldə edə bilməyəcəyik. Bu sınaqlar yəqin ki, aprel-may aylarında müəyyən qədər yekunlaşacaq. Bundan sonra xüsusi komissiya yaradılaraq onlara xüsusi rəy verilməlidir. Yalnız bundan sonra bu peyvəndlərin dünya səviyyəsində istifadəsinə icazə verilə bilər