Bu şəhərin baş pulmonoloqu koronavirusdan öldü

  • 2020.11.04 15:59
  • 19168 Baxış
Bu şəhərin baş pulmonoloqu koronavirusdan öldü

Stavropol əyalətinin baş pulmonoloqu Natalya Kanukova özü koronavirusdan həyatını itirdi.


Medicina.az xəbər verir ki, 59 yaşlı həkim cəmi bir neçə günün içində koronavirusdan ağırlaşıb. Hələ 2 həftə əvvəl o, Covid 19 həsr olunmuş konferensiyada iştirak etmişdi.

Kolleqaları qeyd edib ki, son 6 ayda baş pulmonoloq koronavirus xəstələrində tənəffüs orqanları xəstəliklərinin müalicəsində əvəzsiz rol oynamış, xeyli maraqlı yeniliklər etmişdi.

O, 2 həftə əvvələ kimi xroniki xəstələri qəbul edir, aktiv şəkildə işini icra edirdi.


Ali dərəcəli həkim onlarla xəstəni koronavirusdan sağaltmışdı.