Psixoloji yardımın maliyyələşdirilməsi qaydasına dəyişiklik edilir.
Medicina.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Psixoloji yardım haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar.
Eyni zamanda əhalinin sağlamlığının qorunması sahəsində minatəmizləmə fəaliyyəti ilə əlaqədar zərərçəkmişlərin hüquqları “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunacaqlar.