Bu şokoladlar böyrəklərdə problem yaradır

  • 2022.12.19 14:43
  • 1197 Baxış
Bu şokoladlar böyrəklərdə problem yaradır


Uroloq Mark Qadzian südlü şokoladları çox yeməyin böyrəklərə zərərli olduğunu açıqlayıb.

Bakupost.az xəbər verir ki, həkim bu şokoladlara çox zaman quru südlə yanaşı melamin əlavə olunduğunu deyir.

“Bir sıra elmi tədqiqatlara görə, melamin fraqmentləri böyrəklərdən çıxan daşların tərkibində aşkarlanıb. Bu qida əlavəsi qatılmış ərzaqları daim qəbul etmək böyrəklərdə daş yığılmasına səbəb ola bilər.

Əlavə olaraq, südlü şokoladlar qanda yağlılığı artırır, sidikdə kalsium və oksalatları yüksəldir. Bu da böyrək, sidik kisəsi daşlarına təkan verir.

Eləcə də südlü şokolad diş emalını zədələyir. Bu şokoladı yedikdə miqren xəstələrində ağrı yarana bilər, yuxu problemi ola bilər. Şokoladda olan finiletilamin damarların sıxır, daraldır, bu da boyun, baş ağrısına səbəb olur. Uşaqlara, yaşlılara xüsusən belə şokoladlar məsləhət deyil”.

Aygün Musayeva
BakuPost