Bu təbii içki təzyiqi salır - Sübut olundu

  • 2022.08.04 15:10
  • 3537 Baxış
Bu təbii içki təzyiqi salır  - Sübut olundu


Kakao içkisi təzyiqi salır, arteriyaların qalınlaşmasının qarşısını alır.

Bakupost.az xəbər verir ki, Surrey universitetinin alimləri kakaonun damarlara təsirini elmi araşdırıb.

Elmi nəticələrə görə, bu içki təzyiqi salmaq qabiliyyətinə malikdir.

Kakaoda olan flavanol birləşmələri arteriyaları normallaşdırır.

Alimlər 2 qrup insan üzərində təcrübə aparıb. Bir qrupa 1 həftə ərzində hər gün 6 kapsul flavanol verilib, digər qrupa isə plasebo. Hər iki qrupun damarlarının vəziyyəti yoxlanılıb, hər gün təzyiqləri ölçülüb.

Məlum olub ki, flavanol kapsulları qəbul edənlərdə yüksək təzyiq normallaşıb. Lakin bu kapsullar əvvəldən təzyiqi aşağı olanlara təsir etməyib.

Kakao həmçinin şəkər xəstələrinə də faydalıdır.


Aygün Musayeva
BakuPost