Bu tərəvəz şəkərli diabetdən qoruyur - Türk həkimlər

  • 2022.05.12 12:36
  • 1646 Baxış
Bu tərəvəz şəkərli diabetdən qoruyur  - Türk həkimlər

Müntəzəm olaraq salatlarda və yemək yanında qırmızı turp yemək orqanizmi diabet inkişafından qoruyur, qanda şəkəri tənzimləyir.


Bakupost.az xəbər verir ki, türk həkimlər son tədqiqata əsasən turpun bağırsaqlarda faydasını açıqlayıb.


Belə ki, qırmızı turp bağırsaqlarda qlükozanın sovrulması sürətini azaldır, inun əzələ toxuması tərəfinsən udulmasını təmin edir, bu da qanda şəkərin yüksəlməsinin qarşısını alır.


Bu proses turpda olan kimyəvi birləşmə - qlükozinokat və izotosianat sayəsində baş verir.


Eləcə də bu tərəvəz insulin rezisdentliyinin qarşısını alır. Onda olan koenzim antioksidantı diabetin qarşısını dolayısı ilə alır.
Ona görə preddiabet mərhələsində olanlar, nəslində şəkər xəstələri olanlar hər gün bu tərəvəzdən 1-2 ədəd yesin.


Aygün Musayeva
BakuPost