Bu tərəvəz xərçəngdən qoruyur - Professor

  • 2025.08.26 10:22
  • 188 Baxış
Bu tərəvəz xərçəngdən qoruyur -  Professor

Qazi Universiteti Tibb Fakültəsi Tibbi Onkologiya kafedrasının müəllimi Prof.Dr.Uğur Coşkun, müntəzəm brokolinin istehlakının kolon xərçəngi riskini azalda biləcəyini ifadə edib.



Medicina.az xəbər verir ki, BMC Gastroenterology jurnalında dərc edilən 17 araşdırmanın təhlilinə toxunan Prof. Dr. Coşkun, brokoli, gül kələm, kələm kimi 20-40 qram turpgillər tərəvəzləri istehlak edən şəxslərin kolon xərçəngi riskinin yüzdə 20 azaldığını ifadə etdi.

Tədqiqatda 639 539 iştirakçı və 97 595 kolon xərçəngi araşdırılıb.



Həddindən artıq istehlakın heç bir əlavə fayda vermədiyini vurğulayan Coşqun, "40 qramdan yuxarı istehlak edildikdə qoruyucu təsir artmaz, 60 qramdan yuxarı isə heç bir əlavə fayda müşahidə olunmur" deyə əlavə edib.



Coşqun bildirib ki, brokoli və buna bənzər tərəvəzlər doğrandıqda və ya çeynədikdə, tərkibindəki qlükozinolatlar sulforafan adlı bioloji birləşməyə çevrilir. O, bu maddənin kanserogenləri , şiş böyüməsinin qarşısını aldığını və xərçəng hüceyrələrini zərərsizləşdirdiini deyib.



O, bu tərəvəzlərin lif, C vitamini, flavonoidlər, karotenoidlərlə zəngin olduğunu da xatırladıb.

Prof.Dr.Coşqun qoruyucu təsirin xüsusilə Şimali Amerika və Asiya ölkələrində aparılan tədqiqatlarda özünü qabarıq göstərdiyini, Avropa və Avstraliyada isə daha məhdud olduğunu qeyd edib.



Yüngül buxarda bişirilən brokolinin qida dəyərini qoruduğunu vurğulayan Coşqun aşağıdakı tövsiyələri verib:



“Brokolini doğradıqdan sonra bir müddət saxlamaq sulforafanın əmələ gəlməsini artırır. Özünüzü kolon xərçəngindən qorumaq üçün həftədə 3-4 dəfə brokoli və gül kələm kimi tərəvəzlər yeyilməlidir”.

Aygün
Medicina.az