Bu tərəvəzi çox yemək daban çatlarına səbəb olur

  • 2024.04.16 19:20
  • 537 Baxış
Bu tərəvəzi çox yemək daban çatlarına səbəb olur
Ayaqlarda davam edən quruluq və onu müşayiət edən çatlama problemi müalicə olunmadığı müddətcə davam edə bilər.

Bir çox insan bu problemi aradan qaldırmaq üçün müxtəlif kremlərdən istifadə edir. Ancaq mütəxəssislər bu çatların vitamin çatışmazlığı səbəbilə yarana biləcəyini diqqətə çatdırırlar.

Medicina.az xəbər verir ki, Dr. Erik Berq daban nahiyəsində çatların B3 vitamini çatışmazlığından yarandığını bildirib.

Məşhur həkim qeyd edib ki, ayaqlardakı bu narahatedici vəziyyət əvvəlcə kiçik simptomlarla başlayır və problem getdikcə böyüyür. B3 vitamini çatışmazlığı ümumiyyətlə, həzm və dəri problemlərinə gətirib çıxarır, hətta dəri xəstəliklərinin əsas səbəblərindən biridir. Bu çatışmazlığın simptomları işığa qarşı həssaslıq, qoxuya qarşı həssaslıq və dabanlarda yaranan çatlaqlardır.

Dr. Erik Berq deyir ki, ayaq nahiyəsində çatların yaranmasının qarşısını almaq üçün bədənə lazımi vitaminlər verilməlidir:

“Belə halla üzləşmisinizsə, deməli, tərkibində B3 vitamini olan qidalar istehlak etməlisiniz. Nəticədə həzm sistemi qaydasına düşəcək və ayaqlardakı çatlar zamanla keçib gedəcək”.

Berq dabanların çatlamasının qarşısını almaq üçün hinduşka və toyuq əti, balıq, göbələk və avokado yeməyi məsləhət görür.

“Bağırsaqlardakı pozğunluqlar B3 vitamini kimi vacib vitamin qruplarının qəbulunu çətinləşdirə bilər. Buna görə də təsirli qidalara normalda istehlak etdiyinizdən daha çox üstünlük verə bilərsiniz.

B vitamini çatışmazlığının səbəbi həzm sistemidirsə, qlutamin qəbul etmək lazımdır. Laktik turşunu kombuçadan və fermentləşdirilmiş qidalardan almaq olar”, - həkim bildirib.

O, sümük suyunun L-qlutaminin yaxşı mənbəyi olduğunu da xatırladıb.

“B3 vitamini çatışmazlığına səbəb olan digər bir səbəb çox sayda antibiotik istifadəsidir. Bu, B3-ün udulmasını azaldır.

Maraqlı səslənsə də, həddindən artıq qarğıdalı istehlakı da B3 vitaminini azaldaraq dəri problemlərinə səbəb olur.

Yoxsulluğun yüksək olduğu ölkələrdə qarğıdalı əsas qida mənbəyi kimi istifadə olunur. Bu insanlar üzərində aparılan müxtəlif təcrübələr nəticəsində məlum olub ki, onlar B3 vitamini çatışmazlığından əziyyət çəkirlər. Onlarda həm də pellaqra kimi təhlükəli dəri xəstəlikləri müşahidə olunur”, - Dr.Berq əlavə edib.

Daban dərisinin çatlamasına səbəb olan problemlərin sadəcə ayaqlara nəmləndirici krem tətbiq etməklə həll olunmayacağını izah edən Dr. Erik Berq bunun daha çox daxili sağlamlıq problemi olduğunu bir daha vurğulayıb.


Aysel