Bu test koronavirusu üç dəqiqəyə aşkarlayır

  • 2020.09.09 19:07
  • 1811 Baxış
Bu test koronavirusu üç dəqiqəyə aşkarlayır
İtaliya Səhiyyə Nazirliyi koronavirusu üç dəqiqə ərzində aşkarlayan yeni testin istehsalına razılıq verib.

Medicina.az xəbər verir ki, italyan şirkətinin Sannio Universitetinin mütəxəssisləri ilə birgə hazırladığı test tüpürcəyin analizinə əsaslanır və burun boşluğundan yaxma götürmək tələb olunmur.

Məlumata görə, Milli Yoluxucu Xəstəliklər İnstitutunun laboratoriyasında tüpürcək nümunəsi üzrə ekspress-testin sınaqları keçirilir. Sınaqların nəticəsi ayın sonlarına gözlənilir.