Bu tibb işçiləri təltif edildi

  • 2024.02.10 15:05
  • 931 Baxış
Bu tibb işçiləri təltif edildi

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti ilə seçilən tibb işçilərinin stimullaşdırılması tədbirləri çərçivəsində daha bir qrup tibb işçisi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tərəfindən təltif olunub.


"Medicina" xəbər verir ki, TƏBİB-in tabeli tibb müəssisələrində çalışan və bu kateqoriyadan olan 38 nəfər müxtəlif ixtisaslı tibb işçisinə təşəkkürnamələr təqdim olunub.


Cari ilin yanvar ayı ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Xəzər Tibb Mərkəzinin həkim-terapevti Mahir Rüstəmbəyov, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Perinatal Mərkəzin həkim-mama-ginekoloqu Afaq Piriyeva və 4 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-pediatr Aybəniz Əmiraslanova, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Əlifağa Nadirov, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-nevroloqu Laləxanım Hüseynova TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tərəfindən səhiyyə sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə təşəkkürnamə ilə təltif olunub.