Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı

  • 2023.08.02 09:42
  • 1069 Baxış
Bu tibb işçilərinin əməkhaqlarına əlavənin  müddəti uzadıldı
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.


Medicina.az -ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2023-ci il oktyabrın 2-dək uzadılıb.


Qeyd edək ki, bu müddət iyulun 1-də başa çatıb.