"Bu, uşaqlarda virusun ağırlaşmış formasıdır" - Nazirlik

  • 2023.01.25 15:28
  • 1305 Baxış
"Bu, uşaqlarda virusun ağırlaşmış formasıdır" -  Nazirlik
Son zamanlar havaların qeyri-sabit keçməsi ilə əlaqədar hər il soyuq mövsümdə gördüyümüz respirator viruslar artıb.

Bakupost.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib. Onun sözlərinə görə, virus üst və alt tənəffüs yollarını tutur:


“Bu şikayətlərlə poliklinikalara müraciət edən uşaqlar var. Virus boğaz və burunun selikli qişasında yerləşir. Bunun nəticəsində boğazda ağrı və burun axması yaranır. Daha sonra virus bronxların selikli qişalarını zədələyərkən öskürək də yaranır. Bronxlarda selikli qişa tam bərpa olunana qədər bu davam edir.

İlk 3-4 gün virusun şiddətli günlərdir. Qızdırma dərmanlarla düşməsə, tibb müəssisələrinə yaxınlaşmaq lazımdır. Bol su içmək lazımdır. Baş, göz, qulaq ağrısı, gözlərdə çirk gəldikdə bu, virusun ağırlaşmış formasıdır. Bu zaman mütləq həkimə gedilməlidir. 6-7 yaşdan aşağı uşaqlar tez-tez xəstələnir. Əgər bu yaşda olan uşaqlar ildə 9 dəfə xəstələnirsə bu normaldır".

Həkim eyni zamanda qeyd edib ki, 6 aydan yuxarı uşaqlara sentyabr-oktyabr ayında qrip peyvəndinin vurulması məsləhər görülür. Poliklinikalarda peyvənd vurdurmaq mümkündür.