Belə gəzmək1 həftədə arıqladır

  • 2024.03.05 20:00
  • 381 Baxış
Belə gəzmək 1 həftədə arıqladır
Gündə ən az 10 000 addım atan insanların bədən kütləsi indeksinin və bədənlərindəki yağ faizinin daha az olduğu məlumdur.

Medicina.az xəbər verir ki, mütəxəssislər bu qədər addım atmağa imkanı olmayanlar üçün daha qısa zamanda çox enerji itirməyə kömək edən üsul təklif ediblər.

ABŞ-ın İllinoys ştatındakı “Northwestern Medicine Crystal Lake” Sağlamlıq və Fitnes Mərkəzinin şəxsi məşqçisi Denis Miklas bildirir ki, yeriş intensivliyi bədənin daha çox kalori yandırmasına və ürək-tənəffüs sistemini yaxşılaşdırmağa kömək etməkdə mühüm rol oynayır.

O, “fasiləli yeriş” adlandırdığı üsulu belə izah edir:

“Hər üç-beş dəqiqədən bir 30-60 saniyəlik sürətli yerişlər edin, ardınca 30 saniyə ərzində yerişinizi yavaşladın”.

Denis Miklas bu texnika ilə yeriməyin həftədə ən az yarım kiloqram arıqladacağını iddia edir.

“Çəki daşımaq və ya yoxuş yuxarı yerimək məqsədlərinizə daha tez çatmağınıza kömək edə bilər. İntervallı məşq hətta məşq bitdikdən sonra belə bədəninizin kalori yandırmağına səbəb olacaq. Bu isə həddindən artıq oksigen istehlakı və ya EPOC adlanan fizioloji təsir səbəbilə baş verir”, - deyə Miklas vurğulayıb.

Onun sözlərinə görə, məşqləri sağlam qidalanma ilə birləşdirmək yalnız kaloriləri məhdudlaşdırmaqdan daha təsirlidir.

“Good Housekeeping”in hesabatına görə, intervallı məşq aşağı qan təzyiqi, yaxşı əhval-ruhiyyə, artan sümük gücü və daha yaxşı həzm kimi sağlamlıq faydaları ilə effektiv arıqlama strategiyasıdır.


Aysel