Bu üsulla bir aya incə belə sahib olun

  • 2019.11.18 10:30
  • 5632 Baxış
Bu üsulla bir aya incə belə sahib olun
İdman zalına getmədən, ev şəraitində daha gözəll bədən quruluşuna sahib olmaq istəyirsən? O zaman halqa gözəl seçimdir! Adi halqa ilə belinizi incəldə, pres ilə isə onu möhkəmləndirə bilərsiniz. Bəs halqa ilə necə məşq etmək olar? Siz xanımlara bununla bağlı bəzi ipucları veririk.


Medicina.az xəbər verir ki,  başlamazdan əvvəl mühüm qaydaları bilməyiniz vacibdir:

 

-Məşq zamanı qarnınızı həmişə içəri yığılmış vəziyyətdə, əzələləri isə gərgin saxlayın. 


 

-Aramla nəfəs alıb-verin.



 

-Halqa ilə məşq etdiyiniz zaman çalışın sabit dayanın, gəzməyin.


 

-Məşqə 10 dəqiqədən başlayaraq müddəti tədricən 30 dəqiqəyə qədər çatdırın.


-İlk halqanız hamar və yumşaq olmalıdır. 30 dəqiqə məşqdən sonra yorğunluğu aradan qaldırmaq üçün masaj edilmənizi tələb edən ağır halqaları sonraya saxlayın.


Bütün bu qaydalardan sonra məşq prosessinə rahat başlamaq olar.


Sadə fırlanma


Halqanı belinizdə 2 dəqiqə saat əqrəbi hərəkəti istiqamətində, 2 dəqiqə isə əksinə fırladın. Başlarda bir istiqamətdən digər istiqamətə keçid sizə çətin gələcək ki, bu normaldır. Bütün bu qaydalardan sonra məşq prosessinə rahat başlamaq olar!


Çömbəlmə

Saat əqrəbi istiqamətində hərəkət edərkən sağ ayağı azca qabağa, sol ayağı isə arxaya qoymaq lazımdır. Halqanı dayanmadan fırlatmaq, istiqaməti dəyişərkən əyilmək və sonra yenidən davam etmək lazımdır. Hərəkəti 3 dəfə təkrarladıqdan sonra ayaqların vəziyyətini dəyişin.


Əllər yuxarı

Dimdik dayanaraq əlləri yuxarı qaldırıb, halqanı hərəkət etdirin. Bu vəziyyətdə halqanı hər iki istiqamətdə (saat əqrəbi hərəkəti istiqamətində və əksinə) 2 dəqiqə fırladın.


Sürətin dəyişməsi

Məşqə başlayarkən halqanı maksimum sürətli fırladın. Daha sonra isə yavaş-yavaş sürəti azaldaraq minimuma endirin. Əgər hiss etsəniz ki, halqa düşəcək, o zaman yenidən başlanğıc alın, maksimum sürətlə davam edin, prosessi təkrarlayın. Fırlanmanı hər istiqamətdə 2 dəfə dönərək təkrar edin.


Yeriş

Aktiv istifadəçi üçün: halqanı fırladaraq sürəti itirməyərək və əzələni yumşaltmayaraq kiçik addımlarla irəli, geri, sağa, sola hərəkət etmək olar.
Bu üsulla bir aya incə belə sahib olun
Bu üsulla bir aya incə belə sahib olun