Bu vaksinlər dövlət hesabına vurula bilər

  • 2024.08.21 15:46
  • 1345 Baxış
Bu vaksinlər  dövlət hesabına vurula bilər
Yaxın gələcəkdə suçiçəyi və digər peyvəndlər dövlət tibb müəssisələrində vurulan vaksinlər sırasına daxil edilə bilər.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ gündəmdə deyil: “Bu gün üçün ölkədə Milli peyvənd təqvimi çərçivəsində aktual hesab edilən peyvəndlər dövlət hesabına vurulur. Yaxın gələcəkdə digər xəstəliklər üzrə vaksinlərin də həmin təqvimə salınması məsələsinə baxıla bilər. Amma hazırda məsələ gündəmdə deyil”.