Bu vərdişi olanlarda demensiya riski 50% artır – Dəhşət

  • 2023.12.20 16:11
  • 1125 Baxış
Bu vərdişi olanlarda demensiya riski 50% artır  – Dəhşət

Əsrin bəlası olan demensiyanı artıran daha bir faktor tapılıb.

“Medicina” xəbər verir ki, alimlər yeni elmi araşdırmanın nəticələrini elan ediblər.

88 min pasiyenti əhatə edən tədqiqatda iştirakçılar biləkdə xüsusi cihaz gəzdiriblər. Bu cihaz yuxu tsiklini və vaxtını qeyd edib.

7 il ərzində müşahidə müddətində 480 şəxsdə demensiya aşkarlandı.

Bütün faktor və genetik amilləri nəzərə almaqla sübut olundu ki, müntəzəm yuxusu olmayan, gec və az yatan insanlarda demensiya riski 52-55% daha yüksək olub.

Keyfiyyətli yuxu o deməkdir ki, insan eyni yuxu fazasında 7 gün ərzində hər gün olmalıdır. Hər axşam eyni saatdan yatan və səhər eyni saatda oyanan insanlarda yuxu indeksi 100-dür.

Aygün Musayeva