Bu vərdişlər hamilə qadınlara QADAĞANDIR

  • 2017.12.23 13:38
  • 43103 Baxış
Bu vərdişlər hamilə qadınlara  QADAĞANDIR
Hamiləlik xəstəlik deyil, təbii fizioloji prosedir.


Bu səbəbdən həkimlər hamiləlik zamanı qadınlara özünü həqqindən artıq qorumağı, bütün gün ərzində uzanmağı, pəhriz saxlamağı və s. tövsiyə etmirlər. Əksinə sağlam hamilə qadın aktiv olmalı, havada gəzməli, yüngül fiziki hərəkətlər etməlidir və s. Yəni adi həyat sürməlidir.


Lakin hamiləlik zamanı bəzi qadağalar mövcuddur. Sağlamolun.az sizə bu qadağalarla tanış edir:


1. Sriprtli içkilər və siqaret qəti şəkildə qadağandır


 

Bunlar hamiləliyin erkən pozulmasına, uşaqda qüsurların əmələ gəlməsinə, ciftin qopmasına, hamiləliyin donmasına və s. kimi ağır pozulmalara səbəb ola bilər.


2. Qəhvə içmək olmaz


Qəhvə ürək-damar sistemini yükləyir ki, bu da hamiləlik zamanı təhlükəlidir.


3. Həkimin təyini olmadan hər hansı dərman içmək qadağandır


Bir çox dərmanlar hamiləlik zamanı qadağandır. Bu səbəbdən istənilən dərmanı qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.


4. Müalicəvi bitkilərdən istifadə etməyin


Bəzi müalicəvi bitkilərin (məs., adaçayı, kəklikotu, kalendula, jenşen və s. ) qəbulu hamiləlik zaman dölsalmaya səbəb ola bilər. Hətta cəfəri kimi tez-tez istifadə etdiyimiz göyərtinin çoxlu miqdarda istehlakı hamiləlik zamanı ziyanlıdır ki, cəfəri uşaqlığın tonusunu artırır.


5. Ağır şeylər qaldırmaq və daşımaq qadağandır


Hamiləlik zamanı 2 kq artıq çəki qaldırmaq olmaz. Ağır əşyaların qaldırılması dölsalmaya səbəb ola bilər və həmçinin gələcək ananın onurğa sütunu üçün çox ziyanlıdır.


6. Rentgen müayinəsindən keçmək olmaz


Hamiləlik zamanı rentgen müayinəsi keçirilmir ki, bu müayinə uşaqda sinir sisteminin zədələnməsinə gətirib çıxarda bilər.


7. Ağır və ya xroniki streslərə məruz qalmayın


Stress həyatımızın ayrılmaz hissəsidir. Qısamüddətli, ağır olmayan streslər hamilə qadına ziyan vurmaz. Lakin ağır və ya xroniki streslər hamiləlik zamanı yolverilməzdir. Məsələn, araşdırmalar göstərib ki, hamiləlik zamanı streslərə məruz qalan qadınların uşaqlarında hiperaktivlik sindromuna daha tez-tez təsadüf edilir(Saglamolun.az).