Uzun müddət nəm çimərlik paltarında oturmaq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə qadınlarda rast gəlinən bəzi infeksiyaların əsas səbəbi yaş çimərlik paltarında keçirdikləri vaxt ola bilər.
Medicina.az xəbər verir ki, yayın qızmar istisində dənizdə və ya hovuzda çimərək sərinləmək hamımız üçün vacibdir. Ancaq dənizin ləzzətindən sonra yaş çimərlik paltarında oturmaq bilmədən sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Hətta bir neçə dəqiqə çimərlikdə, şezlonqda və ya dənizkənarı kafedə paltarınızı qurutmadan keçirmək də müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər.
Çox vaxt əhəmiyyətsiz kimi qəbul edilən bu vəziyyət xüsusilə qadınlar və uşaqlar üçün çox daha ciddi nəticələr yaradar.
Mütəxəssislər xəbərdarlıq edir ki, yaş çimərlik paltarında oturmaq təkcə narahatçılıq deyil, həm də infeksiyaların ən böyük səbəblərindən biridir.
Yaş çimərlik paltarları rütubətli və isti mühitlərdə bakteriya və göbələklərin böyüməsi üçün ideal şərait yaradır.
Xüsusilə xlorlu suya məruz qalan çimərlik paltarları dəri florasını pozaraq infeksiyalara səbəb olur.
Yaş çimərlik paltarında oturmaq vaginal floranın tarazlığını pozur, göbələklərin böyüməsinə yol açır. Bu, axıntı, qaşınma, yanma və pis qoxu kimi simptomlarla özünü göstərir.
Mütəxəssislərin fikrincə, dənizdən və ya hovuzdan çıxdıqdan sonra 5-10 dəqiqə ərzində quru çimərlik paltarına və ya bikiniyə keçməlisiniz.
Aygün
Medicina.az