Bu xərçəng növünü babasillə səhv salırlar

  • 2022.11.24 15:01
  • 2574 Baxış
Bu xərçəng növünü babasillə səhv salırlar

25 yaşlı Keysi Altman həkimlərin ona yanlış diaqnoz qoyması ilə bağlı hekayəsini paylaşıb.

“Medicina” xəbər verir ki, qız düz bağırsaq və anusda ağrı, şişkinlik, qanla bağlı həkimə getsə də, onlar xəstəyə babasil diaqnozu qoyub.


Bir müddət müalicə etsə də, təsir etmirdi.

Nəhayət digər həkim onda rabdomiosarkoma – birləşdirici toxuma ilə sümük arasında şiş diaqnozu qoyub, amma artıq gec idi, qiymətli vaxt əldən verilmişdi.

Rabdomiosarkoma – toxuma, sümük xərçənginin bir növüdür, adətən uşaqlarda və yeniyetmələrdə rast gəlinir, 5 il yaşama şansı 20%-dir.

Altmana diaqnoz qoyulduqda o artıq 4-cü dərəcədə idi.

Bu zaman anus tərəfdə ağrısız bərk şiş əmələ gəlir, getdikcə o böyüyür.

Xəstə halsızlıq, iştahsızlıq hiss edir, arıqlayır.

Rabdomiosarkomanın digər əlamətləri:

- Baş ağrısı
- Sidik və nəcis ifrazında problem, ağrı
- Sidikdə, nəcisdə qan
- Gözlərdə olarsa çəpgözlük, gözün bərəlməsi, böyüməsi
- Düz bağırsaqdan, boğazdan qanaxma
- Arıqlama
- Adətən diaqnoz digər xəstəliklərə oxşardır deyə həkimləri çaşdırır.

Müalicəsi əməliyyat, kimya və şüaterapiyadır.

Aygün Musayeva