Bu xəstəxanaya yeni direktor təyin olundu

  • 2023.08.29 17:52
  • 8577 Baxış
Bu xəstəxanaya yeni direktor   təyin olundu

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.


"Medicina" xəbər verir ki, xəstəxananın direktoru vəzifəsi İmran Qurbanova həvalə olunub.


İ.Qurbanov 1994-1997-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah Poliklinikasının Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.

1997-2021-ci illər ərzində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında şöbə müdiri, baş həkimin cərrahiyyə işləri üzrə müavini kimi fəaliyyət göstərib. 2021-ci ildən hazırkı təyinatınadək TƏBİB-in Koordinasiya şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

İ.Qurbanov Azərbaycan Respublikasının Prezidenti adından “Azərbaycan ordusu” yubiley medalı, “Vətən Müharibəsi Veteranları” İctimai Birliyi tərəfindən “Milli ordu-100”, “Müharibə Veteranı”, “Böyük Zəfər” medalları, Respublika Həmkarları İttifaqı tərəfindən isə “Fəxri Fərman” ilə təltif edilib.