Bu yağ qocalıq demensiyasından qoruyur

  • 28 Noy 2019 18:43
  • 2341 Baxış
Bu yağ qocalıq demensiyasından qoruyur
20 il sonra insanların böyük əksəriyyəti demensiya - əqli zəiflik və yaddaş pozulmasından əziyyət çəkəcək. Alimlər bunun qarşısını ala biləcək superqidanı tapıb.


Medicina.az xəbər verirki, bu təmiz zeytun yağıdır. Zeytun yağında olan antioksidantlar beyin hüceyrələrini sərbəst radikallar tərəfindən zədələnməsinin qarşısını ala bilir. 


ABŞ Templ Universitetinin alimləri laboratoriya siçanları üzərində apardıqları təcrübə ilə sübut etdilər ki, erkən yaşlardan, heç olmasa cavanlıqdan rasiona təmiz zeytun yağı əlavə edilməsi heyvanları yaddaş pozuntusu və beyin pozulmalarından qoruyur. 


Siçanlarının beyninin öyrənilməsi göstərdi ki, Alsgeymer zamanı  neyron birləşmələrində beta amyloid adlı zülalın toplaşması baş verir. Zeytun yağı qəbul etmiş siçanların beynində bunlar aşkarlanmadı. 


Xüsusilə insanda 45-65 yaşında yaranan alın –gicgah hissənin  demensiyası nitqin, yazı qabiliyyətinin, davranışın pozulması ilə özünü göstərir. 

Alimlər 30 yaşdan etibarən rasiona təmiz zeytun yağı əlavə etməyi və bol istifadə olunmağı tövsiyyə edir.