Bu yaşda qadınlar arasında insult riski artıb - Alimlərdən xəbərdarlıq

  • 2022.01.25 19:18
  • 1507 Baxış
 Bu yaşda qadınlar arasında insult riski artıb -  Alimlərdən xəbərdarlıq
Çox zaman kişilərin infarkt və insulta meyilli olduğunu düşünürlər. Lakin son elmi araşdırmalarda alimlər gənc qadınlar arasında insultun artdığını bildirir.

Medicina.az xəbər verir ki, son 16 elmi araşdırmaların nəticəsi göstərib ki, işemik insult üzrə qadınlarda 35yaşda risk həmin yaşda kişilərdən 40% çoxdur.

Alimlər 10 il ərzində 70 min insult hadisəsini araşdırıb. 90% hallarda bu işemik insult olub, bu zaman baş beyində qan dövranı yetməzliyi baş verir.

İnsult riski qadınlarda 34-35 yaşda pik həddə çata bilər, daha sonra bu risk yaş artdıqca azalmağa başlayır.

Bunun səbəbi hələ də dəqiq məlum deyil. Amma qadınlarda hamiləlik, doğumdan sonrakı hormonal dəyilikliklər, hamiləlikdən qorunma həblərinin qəbulıunun burda rol oynadığı mümkündür.

Kişilərdə tromb və insult riski isə 40 yaşdan sonra yüksəlməyə başlayır.