Bu 2026-cı ilin yay mövsümündə Azərbaycanda qarpız istehlakı ilə əlaqəli təsdiqlənmiş zəhərlənmə halı qeydə alınmayıb.
Medicina.az bildirir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, yay mövsümündə qarpız istehlakından sonra zəhərlənmə şübhəsi ilə bağlı Agentliyə daxil olan müraciətlər araşdırılıb.
“Aparılan araşdırmaların nəticələrinə əsasən, qarpız istehlakı ilə əlaqəli zəhərlənmə halı təsdiqlənməyib”, – məlumatda qeyd olunub.
AQTA istehlakçılara qarpız və digər mövsümi məhsulları etibarlı satış məntəqələrindən almağı, məhsulların xarici görünüşünə və gigiyenik vəziyyətinə, eləcə də satış və saxlanma şəraitinə diqqət yetirməyi tövsiyə edib.