Bu yuyucu tozlar xərçəng yaradır – Mammoloq

  • 2023.02.28 16:22
  • 3319 Baxış
Bu yuyucu tozlar xərçəng yaradır  – Mammoloq
Onkoloq – mammoloq Danail Nazliyev paltar yuyucu tozların dəri xərçəngi yaratdığını açıqlayıb.


Triklosan – kimyəvi maddədir, ağ toz kimi görsənir, iysizdir. Bu antibakterial və göbələyə qarşı vasitədir. Bu vasitə göbələk və kifin inkşafının qarşısını alır.



“Medicina” xəbər verir ki, triklosan sağlamlığa mənfi təsir göstərir. Eləcə də xərçəng xəstəliyinə gətirib çıxardır. Triklosan günəş işığına məruz qaldıqda dioksinlərə parçalana bilər. Dioksinlər isə çox zəhərlidir və müxtəlif xərçəng növləri, eləcə də dəri xərçənginin yaranmasına səbəb olur. Triklosan adətən dəri vasitəsi ilə bədənə keçə bilər, bu da ki, xərçəng riskini artırır.


Triklosan adətən hormonal balansı pozur, çünki bu maddə qadın hormonu olan estrogenləri təqlid edir. Nəticədə hormonal disbalans yaranır ki, bu da süd vəzi,yumurtalıq, prostat xərçəngi və digər problemlərə səbəb olur.


Onkoloq qeyd edti ki,dərimizi günəşdən qorumaq da çox vacibdir. Birbaşa günəş qəbulunda günəş kremindən istifadə mütləqdir.


Dəri xərçənginin digər səbəbləri:

açıq rəng dəri növü, kanserogen kimyəvi birləşmələrlə tez- tez dəri təması, bəzi dəri xəstəlikləri ,hər hansı bir dəri yanığı, dəri zədələnməsindən sonra yara izləri,irsi meyillilik.


Günay