Buğda ürəyin şah damarlarını daraldır

  • 2022.10.05 15:57
  • 1396 Baxış
Buğda ürəyin şah damarlarını daraldır

Bir çox buğda növləri koronar arteriyaları daraldıb, damar tıxanması, ürək tutmasına səbəb olur.

"Medicina" xəbər verir ki, ürəyin 4-5 əsas şah damarı tutulduqda ürək qanla yaxşı təchiz olunmur.

Adətən koronar arteriyaların içinin daralmasında doymamış yağları, xolesterini gunahlar çıxarırlar.

Amerika Kardioloqlar Kollecinin yeni tədqiqatı göstərib ki, arteriyaları rafinə edilmiş buğda, yəni bizim yediyimiz unun hazırlandığı müasir növ buğda sortları da daralda bilər.

Bir çox taxıl bitkiləri bağırsaq, ürək üçün zərərlidir.

Yalnız tam taxıl ürək üçün az risklidir.

Rafinə olunmuş buğdadan istifadə ürəyin vaxtından əvvəl qocalmasına səbəb olur.
Təmizlənmiş buğdadan kəpək çıxarılır, cilalanır. Belə taxıl şəkər və yağın zərərinə bərabərdir.

Bu buğdadan hazırlanmış un məmulatları çox yeyən kişilərdə 55, qadınlarda 60 yaşa kimi damarlar daralır, ürəyin qidalanması pozulur.
Nəticədə stenokardiya və infarkt qaçılmazdır.

Aygün Musayeva
\