Bunların COVID-19 müalicəsində heç bir təsiri yoxdur - ARAŞDIRMA

  • 2021.02.17 15:07
  • 1557 Baxış
Bunların  COVID-19 müalicəsində heç bir təsiri yoxdur -  ARAŞDIRMA


ABŞ-da aparılan bir araşdırmaya görə, sink və C vitamininin koronavirus müalicəsində heç bir təsiri yoxdur.

Medicina.az xəbər verir ki, mütəxəssislər 214 kovid-19 xəstəsi üzərində çalışmalar aparıblar. Belə ki, araşdırmada, aprel-oktyabr 2020 tarixləri arasında bəzi xəstələr standart müalicə alarkən, bəzilərinə isə bunlarla yanaşı sink qlükonat (50 mg) və C vitamini (8000 mg) verildi.

Araştırmanın nəticəsində, C vitamini və sink alan xəstələrin digəriləri ilə müqayisədə simptomların şiddətində və müddətində ciddi bir fərq olmadığı müəyyən edildi.

Araşdırmanın detalları “Jama Open Network” jurnalında yayımlandı.