Burnu axırdı, qrip olduğunu düşündü – Xərçəng çıxdı

  • 2025.09.02 15:28
  • 120 Baxış
Burnu axırdı,  qrip olduğunu düşündü  – Xərçəng çıxdı

TikTok-da ChemoPump ləqəbi ilə videolar yayımlayan bloger 21 yaşında dördüncü mərhələdə xərçəng olduğunu öyrənəndə şoka düşüb. Çünki qədər uzun müddət xərçəngə aid olmayan simptomlar keçirib.


“Medicina” xəbər verir ki, o, immuniteti zəiflədiyi üçün tez-tez burnunda axıntı olduğunu bildirib. O, həmçinin daim belində və boynunda ağrılar hiss edib, yorğunluq və şiddətli qarın ağrılarından, həmçinin ishaldan əziyyət çəkirdi. Bundan əlavə, dizləri titrəyirdi.

2024-cü ilin fevral ayında gənc mədə-bağırsaq traktında problem olduğu üçün həkimlərə getdi və bu zaman bağırsağında bədxassəli şiş aşkarlandı. Sonrakı müayinələr blogerdə qeyri-Hoçkin tipli limfoma xəstəliyinə tutulduğunu üzə çıxarıb.

O vaxtdan bəri ChemoPump 8 kimyəvi terapiya kursu keçib və xərçəngə qalib gəlməyi bacarıb.


Hoçkin olmayan limfomanın ən çox görülən simptomlarından biri limfa düyünlərində şişkinlikdir. Bundan əlavə, gecə tərləmələri, kilo itkisi, yüksək hərarət, nəfəs darlığı və qaşınma müşahidə edilə bilər.

Ona görə də uzun müddət sağalmayan, təkrarlanan qrip, zökəm varsa, iqnor etməyin.


Aygün Musayeva