Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Burun əməliyyatlarının riskləri - Qeyri-peşəkarlar insanları sağalmaz bəlalara düçar edir– VİDEO

  • 2023.12.14 16:40
  • 13892 Baxış
Burun əməliyyatlarının riskləri  - Qeyri-peşəkarlar insanları sağalmaz bəlalara düçar edir– VİDEO

Bir həkimdə əməliyyat olub, uğursuz nəticədən sonra digər həkimlərə üz tutan xəstələr həmişə ağır pasiyentlər hesab edilib. Hətta çox cərrah revizion əməliyyatı üzərinə götürmür.


“Medicina” xəbər verir ki, tanınmış rinoplastik cərrah, LOR həkim Məzahir Quliyev ən arzuolunmaz əməliyyatdan danışıb.

“Revizion əməliyyat cərrah tərəfindən arzuolunmaz haldır. Çünki xəstəyə təkrar əməliyyat orqanizm üçün həmişə riskdir.


Amma bu hallardan xəstə üçün ən ciddi olanı xarici burunun nekroza uğraması, çökməsi, həm selikli qişanın, həm dəri toxumasının büzüşməsidir. Belə burunu təkrar əməliyyat edərkən, dəstək olmaq çox çətindir.

Qığırdaq, sümük problemlərini həll etmək daha asandır. Dəri və selikli qişası pozulmuş xəstələr çox çətin kateqoriyadır.


Bu yaxında Almaniyadan gələn bir xəstəmdə 4 dəfə əvvəlki əməliyyatlardan burun dəlikləri, toxuması o qədər çapıqlaşmışdı ki, burnuna qələm keçirib nəfəs ala bilirdi. Biz onu çətin də olsa əməliyyat etdik”.

Həkim tövsiyə edib ki, əməliyyat qərarını verərkən səhhəti peşəkarlaraetibar etmək lazımdır.




Aygün
Medicina.az
Burun əməliyyatlarının riskləri  - Qeyri-peşəkarlar insanları sağalmaz bəlalara düçar edir– VİDEO