Burun tıxanıqlığı artıq çəkiyə səbəb olur - Cərrah

  • 14 Sen 2021 12:11
  • 186 Baxış
Burun tıxanıqlığı artıq çəkiyə səbəb olur -  Cərrah
“Burun tıxanıqlığı artıq çəkiyə səbəb olur”.

Medicina.az xəbər verir ki, bunu türkiyəli cərrah Emre Üregen deyib:

“Burnun tıxanıq olması, iybilmə və nəfəsalmada çətinlik yaradır. Yuxu apnesinə səbəb olan bu hal yuxusuzluq, ağız quruluğu, gün ərzində yorğunluq, halsızlıq və baş ağrısı kimi şikayətlərlə özünü göstərir. Burun tıxanıqlığı əsasən 3 problemə görə yaranır: birincisi, burunda sümük və qığırdaq əyriliyi, ikincisi, burun ətlərinin şişməsi, böyüməsi, üçüncüsü, allergik rinit.

Burundakı nəfəsalma çətinliyi və tıxanıqlığı xorlamağa səbəb olub, yuxunuza da təsir edər. Eyni zamanda burundan yətərli miqdarda oksigen alınmasının qarşısını aldığı üçün həmin şəxsin hətta düzgün qidalanıb, idmanla məşğul olmasına baxmayaraq çəki almasına səbəb ola bilər”.