Burunu çox eşələmək bu xəstəliyə səbəb olacaq

  • 2022.11.01 15:45
  • 2206 Baxış
Burunu çox eşələmək bu xəstəliyə səbəb olacaq


Burunu eşələmək vərdişi qocalıqda demensiyaya səbəb ola bilər.

"Medicina" xəbər verir ki, alimlər burunu qurddalayıb, ordan tüklərin çıxarılması kimi vərdişin qocalıq əqli zəifliyinin ilk simptomu ola biləcəyini deyir.

Avstaliya alimləri bunun səbəbini belə izah ediblər.

Əgər siz burnunuzu eşələyirsizsə, dırnağınızla onun selikli qişasına mikrozədə vurursuz. Bu zədələrdən orqanizmə xlamidiya pnevmakokk bakteriyaları keçə bilir.

Bu bakteriyalar mərkəzi sinir sistemini zədələyərək, demensiya, Alsgeymer riski yaradır.

Siçanlar üzərində aparılan təcrübə göstərib ki, orqanizm bu patogenlərə veta amiloid zülallarla reaksiya verir. Bu zülallar bir-birinə yapışıb, düyün əmələ gətirəndə, beyin neyronları arasında əlaqə azalır.

Ona görə də gənc yaşlarından burun eşələməyi tərgitməlisiz.

Aygün Musayeva