Bütün dünya bu əməliyyata qarşıdır - Şotlandiya isə pulsuz edəcək

  • 2017.11.08 17:28
  • 16540 Baxış
Bütün dünya bu əməliyyata qarşıdır -  Şotlandiya isə pulsuz edəcək
Şotlandiya abort etmək istəyən qadınlara pulsuz xidmət  göstərəcək.


Medicina.az xəbər verir ki, Şotlandiya hökuməti bu barədə yeni qərar qəbul edib. Qərara görə, məhz Şimali İrlandiyadan gələn qadınların abort etməsi bu ölkədə artıq pulsuz olacaq.


Buna səbəb isə Şimali İrlandiyada hamilə qadınlarən səhhəti ilə bağlı təhlükə olmadığı müddətcə abort etməsinin qadağan olmasıdır.


Bunun üçün qadınlar İngiltərəyə gedib, yüksək məbləğlər ödəyərək bu prosesi həyata keçirirlər. 


Məsələ ilə bağlı açıqlama verən Şotlandiya səhiyyə naziri Aileen Campbell abortun qadınlar üçün həssas mövzu olduğunu bildirib:


"Dövlətimlə  qürur duyuram. Çünki qadınlara güvənli şəkildə xidmət göstərilir. Bu səbəbdən İrlandiyadan  qadınların rahat gəlməsi üçün işlər görməyə başladıq”.