Bütün günü yuxulamağın səbəbi- Şişlər və qurdlar ola bilər

  • 2022.09.07 17:25
  • 2103 Baxış
Bütün günü yuxulamağın səbəbi - Şişlər və qurdlar ola bilər


Bədxassəli şişlər və parazitlər yuxululuq yarada bilər.

"Medicina" xəbər verir ki, hipersomniya insanın bütün günü yatmaq istəməsidir.

Bu vəziyyətə görə insanın həyat keyfiyyəti pisləşir: diqqəti, yaddaşı pozulur, işləri axsayır.


İlk baxışdan bu elə də təhlükəli vəziyyətə oxşamır, amma səbəbini araşdırsaq kifayət qədər ciddi səbəb çıxa bilər.

Daim yuxululuğun əsas səbəbi bədəndə bədxassəli prosesin olması da ola bilər.

Eləcə də nevroz, depressiya, müxtəlif parazotlər, hormonal pozuntular, diabet, testosteron azalması, melatonin çoxluğu, qan azlığı da yuxulu vəziyyət yaradır.

Orqanizmdə parazitlər intoksikasiyaya səbəb olur, bu da sinir sisteminə neqativ təsir edir.

Damarların tutulması, pis qan dövranı da səbəb ola bilər, bu zaman beyin oksigenlə pis təmin olunur.

Baş beyində törəmə, qalxanvari vəzdə şiş, D və B qrup vitamin əsklikiyi,xroniki yorğunluq sindromu - bunlar hər biri təsir edir.

Ona görə daim yuxu halı zamanı orqanizmin səsinə qulaq asın. Mütləq həkimə gedin.

Aygün Musayeva