“Bütün meyitlər yarılmasa, ölənlərin sayı artacaq" - Həkim

  • 2021.03.29 10:10
  • 5604 Baxış
“Bütün meyitlər yarılmasa, ölənlərin sayı artacaq" -  Həkim

“Azərbaycanda bütün ölüm halları dəqiq araşdırılmalıdır-autopsiya edilməlidir! Bir millət olaraq cahillikdən çıxmalıyıq. Hamı deyir, mənim ölüm yarılmasın. Bu çox absurd və cahil yanaşmadır. Bizim ölümüz yarılmasa, ölümün səbəbi araşdırılmasa, digər ölənlərin sayı artacaq».

Medicina.az -ın xəbərinə görə, bunu həkim Aydın Əliyev deyib.



A.Əliyev bildirib ki, digərlərinin həyatını xilas etmək, ölüm hallarının səbəbinin dəqiq araşdırılması üçün bütün meyitlər yarılmalıdır: “Ruh bədəni tərk etdikdən sonra o bədən, sadəcə, əşyadır. Bunu anlamaq lazımdır. Özümün və yaxınlarımın meyitinin yarılmasına və elmin inkişafı üçün sərf edilməsinə, digərlərinin həyatının xilas edilməsi üçün istifadə edilməsinə iki əlli və tam məsuliyyəti ilə razıyam və bunu vəsiyyət edirəm. Bu, Allah və insanlıq qarşısında böyük savabdır”.