Bütün ştamlara qarşı antitel aşkarlandı

  • 2021.08.24 09:45
  • 3055 Baxış
Bütün ştamlara qarşı antitel aşkarlandı

Koronavirusun bilinən bütün ştamlarını neytrallaşdıra bilən antitel aşkar olunub.

Medicina.az xəbər verir ki, sözügedən bu antiteli Vaşinqton Universiteti Tibb məktəbinin alimləri aşkar edib.
Alimlər araşdırma zamanı 43 nümunə üzərində çalışıb.

Araşdırmalar nəticəsində məlum olub ki, SARS2-38 koronavirusun bilinən “alfa”, “beta”, “qamma”, “delta”, “kappa”, “yota” ştamları, həmçinin nadir mutasiyaların yayılmasına qarşı mübarizə apara bilər.