Bütün xərçəng hallarının 95%-nin səbəbi budur

  • 2026.06.29 18:56
  • 93 Baxış
Bütün xərçəng hallarının 95%-nin    səbəbi budur


Rusiyalı onkoloq və cərrah İvan Karasev xərçəng hallarının 95%-nin sübut olunmuş səbəbini müəyyən edib.


Medicina.az xəbər verir ki, onkoloq bədəndə xərçəngin inkişafı ilə bağlı sualları cavablandırıb.

O bildirdi ki, əksər hallarda bədxassəli şişlərin əmələ gəlməsi iltihabdan qaynaqlanır:

"Şişlərin 95%-i xərçəngönü vəziyyətlərdən inkişaf edir. Hüceyrələr bir-birinin üstünə yığıldıqda xroniki iltihab olur. Sonra hüceyrə çatışmazlığı yaranır və şiş əmələ gəlir".

Onkoloq həmçinin qırmızı ətin, kolbasanın, digər emal olunmuş ət məhsullarının və hisə verilmiş ətlərin müntəzəm istehlakının xərçəngin səbəbi ola biləcəyini təsdiqlədi.

"Onların emalı zamanı yoğun bağırsaq divarına təsir edən ikinci dərəcəli öd turşularının ifraz olunduğu müəyyən edilib. Bu, daha sonra xərçəng riskini artıran xroniki iltihaba səbəb olur”.

Bundan əlavə, Karasev hormonal disbalansları xərçəngin səbəbi kimi müəyyən edib.

Aygün Musayeva