Bütün xəstəlikləri müalicə edən meyvə - Azərbaycanda bitir

  • 2023.12.02 18:19
  • 4328 Baxış
Bütün xəstəlikləri müalicə edən meyvə  - Azərbaycanda bitir

Bir meyvə bütün cəbhələrdə mübarizə apara bilər.


“Medicina” xəbər verir ki, Avropalı alimlər Nutrients dərgisində elmi məqalədə hər dərdə dərman meyvəni açıqlayıblar.


Nar hazırda xronikləşən 3 əsas xəstəliyin dərmanı ola bilər: II tip diabet, piylənmə və metobolik sindrom. Çünki məhz bu xəstəlik buketi təzyiq, infarkt, insult və ürək-damar problemlərinə səbəb olur.

Nar maddələr mübadiləsi pozulması, qanda şəkərin artmasının qarşısını alır. Hətta diabet artıq olsa da xəstəliyi zəiflədir.


İkincisi o qanda yağ, xolesterin, lipidi salır, damar tıxanması və qan qatılaşmasının qarşısını alır

Nar polifenollarla zəngindir, o antioksidant təsiri ilə müalicə edir.

Gündə 50 ml nar şirəsi arterial təzyiqi salır.

Ona görə nar superfud hesab edilir”.

Aygün Musayeva