C vitamini ilə zəngin 9 qida - Artrit riskini azaldır

  • 2022.10.11 14:34
  • 1791 Baxış
C vitamini ilə zəngin 9 qida  - Artrit riskini azaldır

İnsan orqanizmi üçün hər gün 100 qram C vitaminli meyvə-tərəvəz qəbul etmək faydalıdır.

"Medicina" xəbər verir ki, terapevt İrina Andreyeva payızda vacib olan C vitamini ilə zəngin qidaları sadalayıb.

"C vitaminli qidalar oynaq problemi və artrit, artrozların qarşısını ala bilər.

Tədqiqatlar göstərib ki, C vitamini kollagenin saxlanmasını təmin edir, bu da qığırdaqlar üçün vacibdir.

C vitamini defisiti isə iltihabi artritin və oynaqların zədələnməsinə səbəb olur.

C vitamini az qəbul edənlərdə artrit riski 3 dəfə yüksəkdir.

Bu 9 qidanın qəbulu C vitamini tələbatını ödəyə bilər.

- Bolqar bibəri
- Portağal
- Kivi
- Ananas
- Kələm, brokkoli
- Gül kələmi
- İtburnu
- Lobya
- Cəfəri

Artıq artriti olan insanlara da xüsusən brokkoli və itburnu faydalıdır.

Aygün Musayeva