Cavan yaşda saçların ağarmasının - əsas səbəbi

  • 2023.10.17 15:30
  • 973 Baxış
Cavan yaşda saçların ağarmasının   - əsas səbəbi

Hazırda 30 yaşa qədər saçları ağaranların sayı artır. Bir çoxları bunu streslə əlaqələndirir.


“Medicina” xəbər verir ki, dermatologiya üzrə dosent Mişel Henri və amerikalı həkim Şari Lipner erkən yaşda ilk ağların əmələ gəlməsinin səbəbini açıqlayıb.

“İlk növbədə, siqareti, tütünü qeyd edib. Digər səbəb genetik irsi meyillilik, B12 vitamini defisiti və avitaminoz, eləcə də uzun müddət günəş altında qalma, qaralma ola bilər.

Çünki ultrabənövşəyi şüalanma saç rənginə cavabdeh olan hüceyrləri zədələyir.

Amma bu problemin qarşısını almaq 90% mümkündür. Balanslaşdırılmış dieta, vitamin və mineral defisitini doldurmaq, fol turşusu, B12 vitamini içmək və siqaret, zərərli vərdişlərdən çəkinmək lazımdır.

Saçları və baş dərisini ultrabənövşəyi şüalardan qorumaq lazımdır”.

Aygün Musayeva