Cavanların qəfil ölümünün səbəbi - Kardioloq açıqladı

  • 2022.10.20 15:45
  • 3347 Baxış
Cavanların qəfil ölümünün səbəbi  - Kardioloq açıqladı
Son günlər şagird, tələbə və gənclərin məktəbdə, iş yerində qəfil ölməsi, yatıb yuxudan oyanmaması kimi ölüm halları artıb.


"Medicina" xəbər verir ki, kardioloq, professor Yana Qabinskiy gənc ölümlərinin səbəbini açıqlayıb.

"Bizə də ömründə ürək şikayəti olmayan, idmanla məşğul olan, 30-35 yaşlı gənc kişilər ilk ürək tutması ilə gətirilir.
Onları heç bir ağrı narahat etməyib, birdən infarkt. Amma dərindən yoxladıqda görürük ki,koronar damarlarda azı 2-3 ildir problem var, lakin heç bir simptom verməyib.


Yüzlərlə gənc var ki, ürəyindəki problemdən xəbəri yoxdur. Minlərlə insan hələ ürək-damar sistemi yoxlanmayıb.
Çox gizli gedən və təsir edən faktorlar var. Genetik amillər, metobolik problemlər, qanda xolesterin, şəkər, zərərli qidalanma.

Gənclər daha çox karbohidratla qidalanır, şirniyyat, kofein, fast-food. Bu qidalar damar divarları üçün toksikidir.
Gənclərə tövsiyə edirəm ki, idman və dieta ilə yanaşı, professional kardioloq baxışından ildə bir dəfə keçsinlər. O zaman qəfil kritik hala hazır olarlar.

60% insanlar, o cümlədən gənclər qan dövranı sistemindəki problemlərdən ölür: ya qəfil ölüm baş verir, ya da xəstəxanaya çatmadan vəfat edir. Gənclərdə qəfil ölüm yaşlılardan çoxdur.



Ona görə onlar da yoxlanmalı və bir az ağrı hiss edən kimi təcili xəstəxanaya çatdırılmalıdırlar".

Aygün Musayeva