Axund koronavirusdan vəfat etdi

  • 2020.12.09 17:02
  • 1823 Baxış
Axund koronavirusdan vəfat etdi

Cəlilabad rayonunda axund koronavirus infeksiyasından vəfat edib.

Rayonun Alar kənd məscidinin axundu Hacı Fikrət Əzimov koronavirusdan dünyasını dəyişib.

Uzun illər axund kimi fəaliyyət göstərən 55 yaşlı din xadimi insanlar arasında dini maarifləndirmə sahəsində xidmət göstərib.

Qeyd edək ki, Cəlilabad rayonu koronavirusun geniş yayıldığı rayonlardan biridir. Buna görə də rayonda sərtləşdirilmiş karantin rejimi tətbiq edilib və rayona giriş-çıxış dayandırılıb.