Cəmi 2 saat az yatmaq sizi qəzəbli və bədbin edir – ARAŞDIRMA

  • 2019.12.14 17:11
  • 2376 Baxış
Cəmi 2 saat az yatmaq sizi qəzəbli və bədbin edir –  ARAŞDIRMA


Sutkalıq yuxu normasının cəmi 2-3 saat az olması insanı qəzəbli, narazı və bədbin edir.
Normasını yatmayan insan gündüz kiçik bir narahatlıq zamanı qıcıqlanır, özünü idarə edə bilmir, qəzəbini başqalarından çıxır.


Medicina.az xəbər verir ki, ABŞ psixoloqlarının apardığı tədqiqatda yuxusuzluğun insan psixikasına təsiri araşdırılıb.

Təcrübədə 142 nəfər insan 2 qrupa ayrılır. Bir qrup gecələr 7 saat yuxu yatır, ikinci qrup isə hər gecə 2-3 saat az yatıb.
Təcrübədən əvvəl və sonra bütün iştirakçılara bəzi tapşırıqlar verilir və otaqda qıcıqlandırıcı musiqi səslənir.
İştirakçılara narahat, qəzəbləndirici və qıcıqlandırıcı şərait yaradılır.


“Sutkalıq normadan az yatan ikinci qrupun üzvləri qıcıqlara daha neqativ və sərt reaksiya verir, musiqini azaltmağı xahiş edirdilər. Birinci normal yuxu alan qrup isə daha stabil və rahat davranırdı”.


Bu araşdırmanın nəticələri real həyatda da təsdiqini tapdı. 200 tələbə arasında aparılan aylıq sorğu göstərdi ki, sutkada daha az yatan tələbələr həmin gün çox qəzəblənir, hirslənir və tədrisdə geri qalırdılar.