"Çənə ağrısı infarkt əlamətidir" - Kardioloq risk faktorlarından danışdı

  • 2024.02.28 15:30
  • 589 Baxış
"Çənə ağrısı infarkt əlamətidir" -  Kardioloq risk faktorlarından danışdı
Dünyada və ölkəmizdə infarkt halları günü-gündən artır.

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bəzi ağrıların infarkt əlaməti ola biləcəyinə diqqət çəkirlər.

Dünyada 300 milyondan çox ürək xəstəsi olduğunu və 2 milyarddan çox insanın ürək xəstəliyi riski altında olduğunu söyləyən kardioloq Prof. Dr. Olcay Özveren aıb.

Onun sözlərinə görə, bəzi ağrılara diqqətlə yanaşmaq vacibdir.

Prof. Dr. Özveren xəstələrdə ən çox görülən simptomun sinə ağrısı olduğunu söyləyib.

“Lakin çənə ilə göbək arasında hər hansı bir yerdə baş verən ağrı infarkt əlaməti ola bilər. Sinənin ön hissəsində, kürəkdə, qollarda, çiyinlərdə, çənədə, mədədə və yemək borusu nahiyəsində yayılan ağrılar ən azı 5 dəqiqə davam edirsə, diqqətli olmaq lazımdır.

Belə ağrılar adətən dincəldikdə keçir, hərəkət zamanı artır. Bu halda ən yaxın xəstəxanaya müraciət etmək faydalı olardı”, - deyə Prof. Dr. Özveren vurğulayıb.

Onun sözlərinə görə, hər yaşdakı insanda infarkt baş verə bilər.

“Biz bunu daha çox 18-75 yaş qrupunda görürük. Gənc əhali arasında infarktlara tez-tez rast gəlməyimizin səbəblərindən biri “fast food” mədəniyyətinin yayılmasıdır. İkinci əsas səbəb siqaret və tütün məmulatlarından istifadədir. Son illərdə “Covid” infeksiyaları qanın laxtalanma faktorlarına təsir etdi. Bu vəziyyət də infarkt riskini artırdı”, - deyə Prof. Dr. Özveren qeyd edib.


Gül