Biz yalnız tibbi xidmətlərin təşkilinə deyil, həm də innovasiyaların, sosial məsuliyyətin və dövlət-özəl əməkdaşlığının inteqrasiyasına əsaslanan layihələrin reallaşdırılmasına xüsusi önəm veririk.
“Medicina” xəbər verir ki, bu sözləri TƏBİB rəhbəri Vüqar Qurbanov deyib.
“Bu istiqamətdə həyata keçirilən bir sıra yeniliklər arasında Cənubi Qafqazın ən böyük Robotik Reabilitasiya Mərkəzinin yaradılmasını xüsusi qeyd etmək istərdim. Bu mərkəz ən müasir texnologiyalar vasitəsilə reabilitasiya xidmətlərinin səviyyəsini yüksəldəcək və pasiyentlərin bərpa prosesini daha səmərəli edəcək.
Digər mühüm istiqamət kimi təcili və təxirəsalınmaz tibbi yardım sistemində aparılan yeniliklər göstərilə bilər.
Çağrı mərkəzlərinin modernləşdirilməsi, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və logistik imkanların təkmilləşdirilməsi sayəsində bu xidmətin effektivliyi əhəmiyyətli dərəcədə artırılıb”.
Aygün M