Cərrahiyyə Klinikasındakı qazilər çıxarılacaqmı? - RƏSMİ AÇIQLAMA

  • 2020.12.07 16:27
  • 1521 Baxış
 Cərrahiyyə Klinikasındakı qazilər çıxarılacaqmı? -  RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında müalicə alan 30-a yaxın yaralı qazinin klinikadan çıxarılacağı barədə məlumat yayılıb.

" Qafqazinfo" məsələylə bağlı TƏBİB- in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxışdan münasibət öyrənib. O bildirib ki, sözügedən universitetin Tədris Cərrahiyyə Klinikası bundan sonra Covid-19 xəstələrinə xidmət üçün fəaliyyət göstərəcək: "Buna görə də qazilərin bəziləri məzuniyyətə göndərilib, bəziləri Silahlı Qüvvələrin Baş Klinik hospitalına köçürülüb. Bəziləri isə evə buraxılıb".