Çimərliyə getmək üçün icazə lazım deyil - Amma...

  • 2020.08.03 17:25
  • 3219 Baxış
Çimərliyə getmək üçün icazə lazım deyil   - Amma...
Çimərliyə getmək üçün hansısa xüsusi icazəyə, qeydiyyata ehtiyac yoxdur.

Bunu Operativ qərargahın brifinqində ASAN Xidmətin sədri Ülvi Mehdiyev bildirib.
O bildirib ki, çimərliklərlə bağlı xüsusi informativ sayt - cimerlik.az yaradılıb. Burada çimərliklərin doluluq səviyyəsi göstəriləcək.

100-dən çox çimərlik barədə məlumat bu portalda əks edilib. Orada real vaxt rejimində doluluğu izləmək mümkün olacaq. Vətəndaş özü hansı çimərlikdə nə qədər adam olduğunu izləyə biləcək.

"Çimərliklər səhər saat 8-dən axşam 21:00-dək fəaliyyətdə olacaq. Hər bir çimərlikdə könüllülər qrupu olacaq. Onlar giriş-çıxışa nəzarət edəcəklər, monitorinqi həyata keçirəcəklər. Vətəndaşlar da xahiş edirik ki, koronavirusun yayılmasına yol açacaq fakt aşkar etsələr bizim əməkdaşlarımıza məlumat versinlər",