"Çin duzu"nun təhlükələri: Diabet, artıq çəki, altsheymer...

  • 2021.02.20 14:06
  • 3257 Baxış
"Çin duzu"nun təhlükələri:  Diabet, artıq çəki, altsheymer...
Mütəxəssislər “çin duzu” olaraq bilinən monosodyum-qlutamatın (monosodyum Glutamat (MSG)) artıq istifadəsində bir sıra problemlərin yaranacağını bildirirlər.

Medicina.az xəbər verir ki, bir çox dünya ölkələrində bu duzdan hazır qidalarda, çipsilərdə və s. geniş istifadə edilir. Qidaların ləzzətini daha da artıran duzla bağlı mütəxəssislər araşdırma aparıb və müxtəlif nəticələr əldə edilib.

Belə ki, həm ləzzət, həm də iştah artırıcı təsiri olan “çin duzu”nu insanlar yedikcə yemək istəyir, doymaq bilmir. Bunun nəticəsində insanlar sürətlə çəki alır.


Araşdırmaya görə, “çin duzu”ndan yüksək miqdarda istifadə edənlərdə diabet, artıq çəki, altsheymer, parkinson kimi ciddi xəstəliklərin yaranma riski böyükdür. Mütəxəssislər bildirirlər ki, bu duzu xüsusən uşaqlardan uzaq tutmaq lazımdır.